Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” filminin təqdimat mərasimi olub
Gündəm / Sosial
16-11-2022, 21:51
”Milli Dəyərlərin Qorunması” ictimai birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dilarə Muxtarova - Nağıyevanın layihəsi ətrafında çəkilmiş "Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filmdə Azərbaycanın milli-mənəvi dəyərlərindən olan xeyriyyəçilik ənənələrinin iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında hələ XXəsrin əvvəllərində münasibətlərin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunur.
Film Vətən TV Media şirkətində hazırlanıb. Filmin rejissoru və ssenari müəllifi Etibar Məmmədovdur.
Filmin qəhrəmanı Azərbaycanda xeyriyyəçilik ənənələrinin əsas banilərindən olan A.M.Nağıyevdir. O, Azərbaycann zənginləri
içərisində daxili ən zənginindən olmağı bacardı. Sahibi olduğu 413 milyon qızıl pulu və tikdirdiyi 98 binaları milyonçular arasında birincilik qazanaraq xalqın maariflənməsində, sosial-siyasi cəhətdən təkmilləşməsində hər zaman öndə addımlayanlardan olaraq, Azərbaycanı müstəqilliyə aparması yolunda xüsusi yer tutan şəxsiyyətlərdən olub. Xəstəxanalar və məktəblər tikdirmək, Şollar suyunun çəkilişini maaliyyələşdirmək - bir insan ömründən çox böyük bir qüvvə, həvəs və pul tələb edir. Onun xeyriyyəçiliyini - bank sektorunun, incəsənətin, tibbin və təhsilin inkişafı sahəsində gördüyü işləri təsdiqləyir. Məhz bu cəhətlərinə görə A.M.Nağıyev "Müqəddəs Stanislav” ordeni və Çar II Hikolayın "Andreyev Lentalı Qızıl Medal” nişanı ilə təltif olunub. Xalqına olan məhəbbəti, gördüyü hər işi yekunda əsərə çevirməyi idi.Filmdə A.M.Nağıyevin osmanlı türklərinə çox böyük yardımlar etdiyindən, Azərbaycanla Türkiyənin qardaşlıq bağlarının bir-birinə möhkəm bağlanması düşündürdüyündən danışılır.1914-cü ildə Balkan müharibəsində Ədirnə şəhərində Yetimlər Evinə Bakı milyonçuları H .Z.Tağıyev və A.M.Nağıyev, hər biri 5 min rubl ianə etmişlər. 1912-13-cü illərdə Osmanlı dövlətinin 4 kiçik Balkan ölkəsilə apardığı müharibədə A.M.Nağıyevin sədri olduğu "Cəmiyyəti-Xeyriyyə” təşkilatının"Osmanlı Qızlay Cəmiyyəti”nə 9 dəfədə göstərdiyi yardım 884.683 quruş (gümüş pul)təşkil edib. Rus-Osmanlı müharibəsində Ərzurumun məscidlərindən satın aldığı və qoruyub saxladığı Qurani-Kərim kitabını hədiyyə etdiyinə və digər xeyriyyəçiliklərinə görə Sultan V Mehmet Rəşad onu Türkiyənin "Məcidi” və "Osmani”nişanları ilə təltif etmişdir. "Bakı Xeyriyyə Cəmiyyətində- İsmailiyyədə Musa Nağıyevin 50 yataqlıq qonaqxanası olduğunu,bundan başqa 200 yataqlı yetimxanasında Ərzurum cəbhəsindən gətirilən minə qədər çocuq və qadının saxlanıldığı, Rus qoşunlarının Qarsdan geri çəkildiyi zaman Ağa Musanın dəstəyilə Cəmiyyətin Qarsdakı nümayəndələrinin "Yeni Xurşud” qəzet çıxardığı haqda məlumat və eləcə də bu Cəmiyyətdə çıxan Kaspi qəzeti və digərlərinin Azərbaycanlı millətinin amalının yerinə yetirilməsində böyük xidməti olduğun qeyd edilir. Ağa Musa Nağıyev də zamanın balası olub. Ağa Musa Nağıyevi yaşadan, bu adı hər bir azərbaycanlının qəlbinə silinməz hərflərlə yazan onun yaratdığı, yaşatdığı, uğrunda mücadilə apardığı mənəvi dəyərlərdir. Film A.M.Nağıyevin xeyriyyəçilik fəaliyyətinin daha genişmiqyaslı olmasına, Azərbaycanın sərhədlərindən də kənara çıxmasına işarə edən faktlardan bəhs edir.






