SDU-nun prorektoru “Tərəqqi” medalı ilə təltif edilib

Gündəm / Sosial
16-11-2022, 21:52

SDU-nun prorektoru “Tərəqqi” medalı ilə təltif edilib

Sumqayıt Dövlət Universitetinin (SDU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov Prezident İlham Əliyevin Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

Dosent Elmar Xəlilov Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətləri nəzərə alınaraq mükafatlandırılıb.

Qeyd edək ki, Elmar Xəlilov 2022-ci ildən Sumqayıt Dövlət Universitetində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə  prorektor vəzifəsində çalışır. O daha öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanına layiq görülmüşdür.

XeberEkspress.az