DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər - VİDEO

Gündəm / Video
12-12-2022, 14:04
DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər - VİDEO

DTX əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.