Azərbaycanlı müğənni Rusiyada qəzada öldü - Video
Gündəm / Video
20-12-2022, 13:32

Rusiyada azərbaycanlı müğənni Reyhan Hacıyeva yol qəzasında vəfat edib.
Bu barədə aparıcı və prodüser Sərxan Kərəmoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, qəza dekabrın 19-u baş verib.
S.Kərəmoğlu hadisə yerindən çəkilmiş görüntüləri paylaşıb.
Qeyd edək ki, müğənni R. Hacıyeva Moskva şəhərində yaşayırdı. Hadisə vaxtı avtomobildə olan digər musiqiçilər sağ qalıb.