Ağır qəza: ölən və yaralananlar var

Gündəm / Hadisə
30-12-2022, 08:38
Ağır qəza: ölən və yaralananlar var

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

Xeberekspress.az APA-ya istinadən bildirir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi "VAZ-21014" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "KamAz" markalı yük maşınına çırpıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.