Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib

Gündəm / Sosial
Bu gün, 18:17

Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib


Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, müzakirələr Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündə aparılıb:

"Görüşdə iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib", - məlumatda bildirilib.