Putin Murtaza Rəhimovun dəfn mərasiminə getdi
Gündəm / Dünya
13-01-2023, 13:11

Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimovla vidalaşmaq üçün Ufaya gedib.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin Rəhimovla vidalaşma səfərindən heç bir görüntü yayılmayıb.
Qeyd edək ki, Başqırdıstan Respublikasının birinci prezidenti Rəhimov 2023-cü il yanvarın 11-də 88 yaşında vəfat edib. Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.