Türkiyədə hərbçiləri daşıyan avtobus TIR-a çırpıldı - 3 ölü, 20 yaralı

Gündəm / Dünya
17-01-2023, 10:35
Türkiyədə hərbçiləri daşıyan avtobus TIR-a çırpıldı - 3 ölü, 20 yaralı

Türkiyənin Mersin bölgəsində hərbçiləri daşıyan avtobus TIR-a çırpılıb.

Xeberekspress.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tarsus rayonunda baç verən ağır qəza nəticəsində 3 nəfər ölüb, ikisi ağır olmaqla 20 nəfər yaralanıb. 

Qəzadan sonra avtobus yanıb. 

Qəzada həyatını itirən 3 nəfərin cəsədi şəxsiyyətinin müəyyən edilməsi üçün Adana Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.