Sahibə Qafarova Moskvada Valentina Matviyenko ilə görüşüb
Gündəm / Dünya
13-02-2023, 19:20

Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin hazırki səviyyəsi müzakirə olunub.
V. Matviyenko Azərbaycan nümayəndə heyətini Moskvada görməkdən şad olduğunu bildirib.