Həbsdən çıxan eks-prezident Qırğızıstanı tərk etdi
Gündəm / Sosial
15-02-2023, 10:47

Həbsdən azad edilmiş Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev tibbi müayinədən keçmək üçün İspaniyaya gedib.
Xeberekspress.az "İnterfaks"a istinadən xəbər verir ki, Almazbek Atambayevin kiçik oğlu Kadırla Dubaya, oradan isə İspaniyaya getdiyi bildirilir.
"Keçmiş prezident fevralın 15-i səhər ölkəni tərk edib. Həbsdən azad olunan zaman o müalicə üçün xaricə getməyi, sonra geri qayıtmağı düşündüyünü açıqlayıb”, - KİV yazıb.