Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub

Mədəniyyət
Bu gün, 17:00

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

"Report"un məlumatına görə, hadisə ötən gün saat 18.00-da paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.

Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.