Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI

Gündəm / Hadisə
6-03-2023, 14:27
Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI

Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib.

Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib.

"Unikal"