Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
Gündəm / Sosial
Bu gün, 14:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub.
Görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Ceyhun Bayramov oktyabrın 29-30-da Ankarada keçirilən 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində Türkiyədə səfərdədir.