Sumqayıtda Ramiz Rövşənlə görüş keçirilib

Gündəm / Sosial
19-03-2023, 11:07
 
Sumqayıtda Ramiz Rövşənlə görüş keçirilib

Sumqayıt Dövlət Dram teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli N.Nərimanov adına Mədəniyyət Mərkəzinin "Dostluq Mədəniyyət evi”nin hazırladığı "Onlar Bir İncidir” adlı layihəsinin növbəti buraxılışı tamaşaçılara təqdim olunub. Layihənin bu dəfəki qonağı yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi Ramiz Rövşən olub. Əvvəlcə Xalq şairi tamaşaçıların alqışları ilə səhnəyə dəvət edilib, qonaqları və şairi salamladıqdan sonra söz Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevə verilib. İdarə rəisi qonaqları salamlayıb, şairə xoş sözlərini bildirib, ona yaradıcılıq uğurları arzulayıb və hədiyyələrini təqdim edib. Sonra şairin yaradıcılığı haqqında söhbətlər aparılıb, şeirləri dinlənilib və onun sözlərinə bəstələnən musiqilər, şeirlər səsləndirilib. Azərbaycan Televiziya Muğam müsabiqəsinin qalibi Sədəf Budağovanın, Xalq Ulduzu yarışmasının qalibi Tural Salmanovun ifalarında musiqilər, Sumqayıt Dövlət Dram Teatrının aktrisası Şəhla Məmmədovanın təqdimatında şairin "Qara paltarlı qadın”, gənc qiraətçi Xəzər Süleymanlının təqdimatında isə "İçindən yıxılır adam” şeiri səsləndirilərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Layihənin rəhbəri və "Dostluq” mədəniyyət evinin direktoru Gülnar Məmmədova tədbir iştirakçılarına, Ramiz Rövşənə və əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Sonda isə şairin öz imzası ilə kitablarının satışı həyata keçirilib.

XeberEkspress.az