Novruz bayramı və Ramazan bayramı münasibəti ilə Hacı Tahir müəllim tərəfindən 15 şagird dinimizin vacib əməllərindən sayılan sünnət mərasimi keçirilmişdi
Gündəm / Bölgə
20-03-2023, 10:49
Göyçayda qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı münasibəti ilə Hacı Tahir müəllim tərəfindən 15 şagird dinimizin vacib əməllərindən sayılan sünnət mərasimi keçirilmişdi .Toyda bir çox ziyalı şəxslər və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Deputatları Mahir Əfəndiyev və Sabir Hacıyev və Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Natıq Ağayev öz çıxışlarını edib hər kəsin novruz bayramını təbrik etdilər .Rayon İcra Hamiyyətinin adından internat məktəbinə xüsusi hədiyyə təqdim olundu .
Toy Göyçayda yerləşən Aysel şadlıq sarayında keçirilib .Məclisdə internat məktəbinin şagirdləri , sünnət olunmuş 15 şagirdin valideynləri və Gimnaziya məktəbinin şagirdləri onların müəllimələri iştirak ediblər .Gimnaziya məktəbinin şagirdləri bayram əhvalı -ruhiyyəli çıxışlar etdilər .
Bizdə öz növbəmizdə bizi dəvət etdikləri üçün Göyçay rayonun İcra Hamiyyətinin Başçısı Natiq Ağayevə və Hacı Tahir Mülllimə təşəkkür edirik!





