ULU ÖNDƏRİ BÖYÜK EHTİRAMLA ANIRIQ

Gündəm / Sosial
10-05-2023, 10:48
 

ULU ÖNDƏRİ BÖYÜK EHTİRAMLA ANIRIQ

Ulu Öndər Heydər Əliyevin 100-illik Yubileyinə həsr olunub.


Müstəqilliyimizin və müasir AZƏRBAYCANIN memarı, milli həmrəyliyimizi, bütövlüyümüzü təmin edən, xalqının və dövlətinin xilaskarı ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi 

xidmətləri misilsizdir və qədirbilən xalqımız var olduqca, yaşayacaqdır.Ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür.Hər ötən il bu dühanı,
dahi şəxsiyyət Heydər Əliyev böyüklüyünü,möhtəşəmliyini bir daha üzə çıxarır.Zamanla qədirbilən xalqımız dahi insanın, xalqının və dövlətinin xilaskarı, qurucusu Heydər Əliyevin siyasi fəaliyyətinə daha böyük  

qiymət verəcək və yeni məna qazandıracaqdır.Onun xalqına, müstəqil AZƏRBAYCANA çox möhkəm bağlı olduğunu daha aydın görəcəklər.
Birmənalı qeyd etmək lazımdır ki, ümumiyyətlə ölkəmizin bütün sahələrinin inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin, Prezident İlham Əliyev 

tərəfindən müasir formada davamının bəhrəsidir.
Əminliklə deyirəm ki, bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə aparacaqdır.Ulu öndər barəsində nə qədər yazsaq və danışsaq da,bu çox azdır.
Sonda qeyd edim ki,ümummil
lilider Heydər Əliyevin bütün bu addımları sayəsində müasir dövlət, güclü iqtisadiyyat hədəfi bu gün 

artıq reallığa çevrilmişdir. Dahi insan Heydər Əliyevin  dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaqdır.Artıq bu böyük insanın, dühanın, Heydər Əliyevin ruhu şaddır. Onun layiqli siyasi varisi,
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev onun ən böyük arzusunu, 30 ildən artıq 

düşmən taptağında olan tarixi torpaqlarımızı işğaldan azad etmişdir.Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin xatirələrini, onun siyasi kursunu dəstəkləyərək daima yaşadacaqdır və ruhunu dərin ehtiramla anacaqdır.
Ruhu şad olsun.

UNEC-in məzunu    
YAP Saatlı təşkilatının  üzvü Vüqar MƏMMƏDOV.