Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis TƏYİN ETDİ - FOTO

Gündəm / Sosial
5-06-2023, 10:32
Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis TƏYİN ETDİ - FOTO
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.

Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.
Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis TƏYİN ETDİ - FOTO