Baş prokuror: “Əvvəlki illərdən bağlı qalmış dörd xüsusilə ağır cinayətin üstü açılıb”
Gündəm / Sosial
25-07-2023, 12:40

Əvvəlki illərdən bağlı qalmış dörd xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.
O qeyd edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış dörd qəsdən adamöldürmə cinayətinin üstünün açılması, habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.