Siyəzəndə iki avtomobil toqquşub, ölən var

Gündəm / Hadisə
9-10-2023, 16:30
Siyəzəndə iki avtomobil toqquşub, ölən var
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.

"Report”un Şimal bürosunun məlumatına görə, VAZ-2106 markalı minik avtomobili "Opel” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.