İsrail: Fələstinlilərin ölümünə görə məsuliyyət daşımırıq

Gündəm / Sosial
10-10-2023, 11:04
İsrail: Fələstinlilərin ölümünə görə məsuliyyət daşımırıq

İsrail Qəzza zolağında mülki fələstinlilərin ölümünə görə məsuliyyət daşımır.

Bunu İsrailin ABŞ-dakı səfirinin müavini Eliav Benyamin deyib.

"Bu müharibəni Fələstinin HƏMAS hərəkatı seçdi və indi Qəzza zolağında mülki əhalinin təhlükəsizliyi yalnız HƏMAS rəhbərliyindən asılıdır”, - o bildirib.