Zəhərlənən şagirdlərin son durumu açıqlandı

Gündəm / Sosial
27-10-2023, 09:51
Zəhərlənən şagirdlərin son durumu açıqlandı
Bakıda dönərdən zəhərlənən 4 şagirdin Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.