Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB
Dünya
Bu gün, 10:24

Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Bu barədə "İnterfaks-Ukrayna" şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.
Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək.
"Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan edilib", - V.Kliçko yazıb.
***
Rusiya ordusunun Kiyevə hücumu nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.
Bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, 33 nəfər yaralanıb.
"Dəqiqləşdirilmiş məlumatlara görə, paytaxtda 8 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb", – o yazıb.