İsrail Hizbullahın hərbi obyektlərini VURDU
Gündəm / Sosial
31-10-2023, 13:48

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda şiə Hizbullah qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib.
Silahlı Qüvvələrin mətbuat xidməti Telegram kanalında xəbər verir.
"İsrail ordusunun döyüşçüləri Livanda Hizbullahın terror infrastrukturuna, o cümlədən Hizbullahın istifadə etdiyi silahlara, mövqelərə və obyektlərə zərbələr endiriblər”, - deyə bəyanatda bildirilir.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail əraziləri Hizbullah tərəfindən dəfələrlə atəşə tutulub.