Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama

Gündəm / Dünya
4-01-2024, 10:09
Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama

ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.