SEPAH zabiti Pakistanla sərhəddə öldürüldü

Gündəm / Dünya
17-01-2024, 21:18
SEPAH zabiti Pakistanla sərhəddə öldürüldü
İran İslam İnqilabi Keşikçikəri Korpusunun (SEPAH) zabiti İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.

Bu barədə "Tasnim" məlumat yayıb.

SEPAH-ın Səravan korpusunun hərbçisi, polkovnik Hüseynəli Cavidanfər silahlı şəxslər tərəfindən Xaş-Zahidan yolunda güllələnib.

Hadisənin detalları araşdırılır.