Yəmən ərazisini vurmayacağıq - Tayani
Gündəm / Dünya
22-01-2024, 17:26

Qırmızı dənizdəki Avropa hərbi missiyası husilərin PUA və raketlərini vuraraq gəmiçiliyi qorumaq üçün nəzərdə tutulub.
Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
Onun sözlərinə görə, Yəmən ərazisinə heç bir zərbə endirilməyəcək:
"Qəzza zolağı və Yaxın Şərqdəki vəziyyətlə əlaqəsi olmayan ticarət gəmilərimizi qorumaq bizim borcumuzdur. Tapşırıq onlara atılan pilotsuz təyyarələri və raketləri vurmaqdır”.