Səs verməyə gələn 69 yaşlı kişi məntəqədə öldü

Gündəm / Hadisə
8-02-2024, 09:53
Səs verməyə gələn 69 yaşlı kişi məntəqədə öldü
Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

Rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)