Kiyevdə beşmərtəbəli binada partlayış - Ölənlər var
Gündəm / Dünya
30-03-2024, 23:19

Ukraynanın Kiyev vilayətində beşmərtəbəli binada partlayış olub.
Bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə Bila Serkva şəhərində qeydə alınıb. Partlayış nəticəsində 2 nəfər ölüb. Yaralıların sayı barədə hələlik məlumat verilməyib.