Fariz Şıxəliyevin xatirəsinə Ramazan ayı ilə bağlı ehsan süfrəsi verilib
Gündəm / Sosial / Video
31-03-2024, 14:30
Fariz Şıxəliyev Şahverdi oğlunun xatirəsinə Ramazan ayı ilə bağlı Şixəliyəva Ferqane Müsəllim qızı ehsan süfrəsi verib .
Tədbirdə Milli Məclisin Deputatı İsgəndərov Vüqar, Şamaxı Rayonu İcra Hakimiyyətinin nümayəndəsi ,eləcədə media nümayəndələri "XeberEskpress.az"-ın Rəhbəri Ruhiyyə Eldarlı və bir neçə müğənnilər Nurlan Ordubadlı və.s qonaq qismində iştirak ediblər.
Şəhid haqqında qısada olsa sizlərə məlumat vermək istəyirik.
Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissəsində "gizir” hərbi rütbəsi altında xidmətə başlayıb.
2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi.
Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
