Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Gündəm / Hadisə
23-04-2024, 09:31

Kürdəmirdə qadın faciəvi hadisənin qurbanı olub.
Hadisə rayonun Qarasaqqal kəndində qeyd alınıb. 71 yaşlı Xəzəngül Cəfərova yaşadığı evin həyətindəki su quyusuna düşüb.
O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Araşdırma aparılır.