İsmayıllıda qanvermə aksiyası keçirilib
Gündəm / Bölgə
30-07-2024, 21:11
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.
Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və əməkdaşları, rayon sakinləri qoşulub.
















