Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var

Gündəm / Hadisə
3-09-2024, 08:55
Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var
Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hacıməlik qəsəbəsi ərazisində 2 yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.