“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında- FOTO/VIDEO
Gündəm / Sosial
6-10-2024, 11:23
"Qanun və İcra” proqramı hər hədtənin şənbə günü saat 15:00-dan-16:00-dək "Dünya TV”-nin efirində canlı nümayış olunur.
"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək "Dünya TV”-nin efirində çanlı yayımda nümayiş olunacaq.
05.10.2024-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Erkən nigahlardan danışıldı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-13-cu maddələri "Nigaha mane olan hallar” mövzusunda qarşılıqlı izahlar, fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik:
1. Mətanət Ağamirli - Əməkdar jurnalist.
2. Sürəyya Mehdiyeva - Müəllimə.
3. Yeganə Telmanqızı - Jurnalist, AJB-nin üzvü.
4. Səadət Vəliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
"Qanun və İcra” proqramının aparıcısı Əkbər Yusifoğlu verlişin qonağı ömrünün 42 ilini təhsilə vermiş müəllimə, şəhid Elmar Nəsibovun anası Sürəyyə Mehdiyevanı 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün Azərbaycan müəllimləri adından təbrik etdi.
Proqramın informasiya dəstəyi "XeberTıme.az”, "dünyatv.az”, "XeberEkspress.az”, "UluSəs.az”, "Gündəlikxəbər.org”, "ZəfərYolu.az”, "XezerTV.info” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
XeberTıme.az















