Türkiyə Ordusu Suriyada 5 PKK terrorçusunu öldürüb

Gündəm / Sosial
16-10-2024, 16:54
Türkiyə Ordusu Suriyada 5 PKK terrorçusunu öldürüb
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fırat Kalkanı bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının 5 üzvü öldürülüb.