Kürdəmirdə mikroavtobus aşıb, xəsarət alanlar var

Gündəm / Hadisə
20-11-2024, 21:00
Kürdəmirdə mikroavtobus aşıb, xəsarət alanlar var
Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.