Dünənki partlayışdan şoka düşən qadın öldü
Gündəm / Hadisə
4-12-2024, 15:59

Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb.
Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində partlayış baş verən mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.
İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.(Report)