Müharibə caniləri törətdikləri cinayətlərə görə cavab verəcəklər - Deputat Nigar Məmmədova

Gündəm / Sosial
18-12-2024, 16:08
 

Müharibə caniləri törətdikləri cinayətlərə görə cavab verəcəklər. 

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat bildirib ki, Ermənistanın yardımı ilə yaradılan qondarma Dağlıq Qarabağ rejimi və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərildi. İşğal, dinc insanların qətlə yetirilməsi, soyqırım törətmək, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və bu kimi ağır cinayətlərin bədəli mütləq ödənəcək.

XeberEkspress.az