Sumqayıtda yanğın olub, 8 nəfər bina sakini təxliyə edilib

Gündəm / Hadisə
22-12-2024, 13:00
Sumqayıtda yanğın olub, 8 nəfər bina sakini təxliyə edilib
Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.