"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb

Gündəm / Sosial
7-01-2025, 14:36
"Bakı Metropoliteni": Gedişhaqqı tarifləri ilə bağlı məsələ qaldırılmayıb
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

Bu barədə səhmdar cəmiyyətini açıqlamasında bildirilir.

"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb", - deyə açıqlamada qeyd olunub.