DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Gündəm / Sosial
9-01-2025, 10:52
DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək
Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb

İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.