Sumqayıtda bələdiyyə üzvlüyünə namizəd Orxan Adıgözəlzadə vətəndaşlarla görüş keçirib

Gündəm / Sosial
11-01-2025, 16:48
 

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhər, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının  namizədi Orxan Adıgözəlzadə seçicilərlə görüş keçirib.

Sumqayıt Bələdiyyə parkının zəhmətkeşləri ilə keçirilən görüşdə giriş sözü ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının namizədi Orxan Adıgözəlzadə bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə danışıb. O. Adıgözəlzadə, həmçinin, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar  YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd olan Orxan Adıgözəlzadə təşviqat qrupunun üzvləri çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasət nəticəsində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Çıxışçılar bu sahədə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Görüşlər zamanı seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

XeberEkspress.az

Sumqayıtda bələdiyyə üzvlüyünə namizəd Orxan Adıgözəlzadə vətəndaşlarla görüş keçirib