45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə 314 nəfər ilk dəfə səs verəcək

Gündəm / Sosial
16-01-2025, 03:30
 

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə 314 nəfər ilk dəfə səs verəcək.

Bu barədə "XeberEkspress”in yerli bürosuna dairə seçki komissiyasının sədri Məhəbbət Məmmədova məlumat verib.

O həmçinin qeyd edib ki, Sumqayıt dördüncü seçki dairəsi üzrə 49 393 nəfər seçici və 305 müşahidəçi qeydiyyata alınıb. 38 daimi məntəqə lazımi avadanlıq və inevntarlarla təmin olunub.

Bununla yanaşı, seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.

Dairə üzrə 80-100 yaş arası seçicilərin sayı 867 nəfərdir.