UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Gündəm / İdman
Bu gün, 09:14
UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq


"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab matçına çıxacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.