20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri davam edir

Gündəm / Sosial
16-01-2025, 16:33
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri davam edir
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işləri davam edir.

Xiyabanın girəcəyində Hüzn günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır.

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.