Bakı-Sumqayıt yolunda avtomobil aşdı - Foto
Gündəm / Sosial
23-01-2025, 15:34

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən "Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: "Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.
