Parlamentdə ölkədə dini duruma dair ictimai müzakirə təşkil olunacaq
Gündəm / Sosial
27-01-2025, 11:28

Milli Məclisdə ölkədə dini durumla bağlı ictimai müzakirə keçiriləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün İş planında əksini tapıb.
Müzakirələr yaz sessiyası müddətində təşkil olunacaq.