Zəfər yolu, uğur yolumuz, nicat yolumuzdur.

Gündəm / Sosial
28-01-2025, 17:57


 İlk olaraq burdan başlamaq istəyirəm ki, dahi insanlar, şəxsiyyətlər yaşayaraq, yarat-dıqları bütün vaxtlarda siyasi-iqtisadi,cərəyan edən bütün prosesləri öz xalqının və dövlətinin xeyrinə, rifah halının yaxşılaş-ması üçün irəliyə apararaq, adlarını tarixə əbədi olaraq yazmışlar.Dünyanın bütün xalqları kimı qədirbilən xalqımızda zaman-zaman öz tarixi şəxsiyyətləri ilə fəxr etmiş və onların yaratdığı irsə böyük hörmətlə yanaşmışdır.Xalqımız hər zaman rifahı,öz ölkəsinin müstəqilliyi,inkişafı və suverenliyi üçün böyük və əvəzedilməz işlər görmüş, ümumiyyətlə bununla bağlı 

tarixi proseslərə təsir göstərmiş, müasir və müstəqil AZƏRBAYCANIN banisi olmuş,  şəxsiyyət ulu öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır və anır.Bu dahi şəxsiyyət xalqımızın və dövlətimizin taleyüklü bütün problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, eyni zamanda tarixi yaradan şəxsiyyətdir! Ümumiyyətlə, ÜmummilLilider Heydər Əliyev siyasi-kursu ölkəmizi qurtuluşdan proqresə, proqresdəndə böyük zəfərə aparan yol kimi tarixə düşmüşdür. Qürur hissi ilə qeyd edirəm ki, idealım olan ümummilliLider Heydər Əliyevin siyasi-kursu, ideyaları və zəngin dövlətçilik, idarəçilik ənənəsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaratmışdır. Düzdür hazırda,bu gün ölkəmizdə sabahkı, 29 yanvar tarixində keçiriləcək Bələdiyyə 

seçkiləri ilə əlaqədar susqunluq dövrü,yəni bir günlük təbliğat-təşviqat çağrışlarının dayandırıldığı gündür.Lakin həqiqət üçün zaman və məkan fərqi yoxdur və xalqın gözü tərəzidir.Məhz buna görədə qeyd etməyi özümə vacib bilirəm ki, görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısında möhtəşəm xidmətləri daim təbliğ olunmalıdır. Bu xidmətlərdən biridə ölkəmizdə Seçki institutunun yaranması və keçirilən şəffaf, demokratik seçkilərlə əldə olunan təcrübə oldu.Əslində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti nəticəsində əldə etdiyimiz bütün uğurlar və nəticələr kimi Seçki təcrübəsi də təkcə öz dövrü üçün əhəmiyyət kəsb etməyib.Mən deyərdim ki, bu, tariximizin çox böyük dövlətçilik salnaməsidir! Xüsusi vurğulamaq istəyirəm ki, öz xalqı və dövləti üçün səmərəli, xeyirxah işlər görmək istəyən hər bir şəxs üçün, ulu öndərin böyük siyasi məktəbi,onun kursu və zəngin irsi bir 

nümunədir!
Nəhayət, əminəm ki, cari ilin 29 yanvar tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərində seçicilərimizin yekdilliklə doğma partiyamız olan Yeni Azərbaycan Partiyasının təcrübəli namizədlərinə səs verəcəklər.Qürurla qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtdan cari ilədək,hər dəfə keçirilən seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində, şəxsən Prezident İlham Əliyevin böyük siyasi iradəsi rol oynamışdır.Xalqımız əmindir ki, onu zəfərdən zəfərə aparan, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, suverenliyimizin təminatçısı və qarantı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hələ bundan sonra ölkəmizin güclənməsi, dinamik inkişafı, qədirbilən xalqımızın sosial-rifah halının daha da yaxşılaşması üçün əlindən gələni edəcəkdir.Sonda vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 

Zəfər yolunun inşasına başladıldı və bu böyük rəmzi məna daşıyırdı.Artıq zaman yetişmişdi.Qarabağımızın baş tacı Şuşanın erməni işğalından azad olunacağı günü intizarla, həsrətlə gözləyirdik.Xalqımız  inanırdı ki, o gün mütləq gələcək, xalqımız gec-tez həmin torpaqlarımıza yeni çəkilmiş Zəfər yolu ilə qədəm qoyacaqdır.Böyük fəxarət hissi ilə qeyd edirəm ki, Şuşanın işğaldan azad olunması, Qarabağımızın döyünən ürəyinin xilas edilməsi demək idi . Şuşa şəhərimiz Azərbaycan üçün milli qürurdur, milli mənlikdir və mədəniyyətdir!
44 Günlük Vətən müharibəsində rəşadətli Ordumuzun hərbçilərimizin Şuşanı azad etmək üçün yararlandıqları cığırın yerində müasir yolun salınması ideyasını məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev irəli sürmüşdür.Ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizin ayrılmaz hissəsi Qarabağın tacı olan Şuşanı işğaldan azad edən hərbçilərim

izə böyük ehtiramının ifadəsi olaraq yeni çəkilən yolu Zəfər Yolu adlandırdı.
Bu Zəfər yolu,uğur yolumuz, nicat yolumuzdur!


Saatlı rayonu "Araz-Şöhrət" şirkətinin
məsul işçisi   Vüqar MƏMMIDOV.