Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək
Gündəm / Sosial
7-02-2025, 16:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək.
Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.
Bahar Muradovanın vətəndaş qəbulu fevralın 14-ü saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.