“İçərişəhər”ə yeni sədr təyin olundu
Gündəm / Sosial
13-02-2025, 16:50

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.