Hikmət Hacıyev: Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəmə prosesi əleyhinə təbliğat aparır
Gündəm / Sosial
8-03-2025, 09:39

Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
